ABŞ Moldovanı Rusiyanın yalanından qorumağa çalışır
Tarix: 30-05-2024 14:36 | Bölmə: Dünya
ABŞ Moldovanı Rusiyanın yalanından qorumağa çalışır

ABŞ Moldovaya Rusiyadan gələn dezinformasiyaya (qəsdən yayılan yalan məlumatlar) qarşı mübarizədə kömək edəcək. Bu məqsədlə Moldovaya 50 milyon dollar ayrılacaq.

Reyting.az
xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Kişinyovda Moldova prezidenti Maya Sandu ilə görüşü zamanı deyib.

"Bu, moldovalıların Rusiyanın müdaxiləsinə müqavimət göstərmək, azad və ədalətli seçkilər keçirmək, Avropaya inteqrasiya yolunda davam etmək və daha çox iqtisadi imkanlar yaratmaq qabiliyyətini gücləndirəcək", - Blinken bildirib.

Bundan əlavə, ABŞ Moldovaya ölkənin enerji sistemini və enerji davamlılığını gücləndirmək üçün 85 milyon dollar ayıracaq.

Blinken Moldovaya Ukraynaya köməyinə görə də təşəkkür edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər