ABŞ-nın hesabatında Ermənistanda verilən işgəncələrə istinad var
Tarix: 30-05-2024 17:47 | Bölmə: Dünya
ABŞ-nın hesabatında Ermənistanda verilən işgəncələrə istinad var

ABŞ Dövlət Departamentinin hesabatında Ermənistanda işgəncələrə dair kifayət qədər qorxulu istinad var.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Arsen Torosyan deyib.

“Mənə elə gəldi ki, biz bu mərhələni keçmişik və polisdə işgəncə olmamalıdır, amma reallıqda belə hallar ən azı qeydə alınır. Ötən il Tiqran Arakelyan canlı efirdə məsələ qaldırmışdı ki, Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan və İrəvan İstintaq İdarəsinin rəisi tərəfindən ona işgəncə verilib. Bundan sonra mən ictimai məkanda təqsirləndirilən şəxsi görmürəm, işin məhkəməyə göndərilməsini görmürəm, heç kimin məhkəməyə gəlməsini görmürəm. Bu yaxşıdır? Bütün bunlar uydurmadırsa, biz buna reaksiya verməliyik. Milli Təhlükəsizlik Xidmətinin direktoru və baş prokurorun da adları çəkilib. Bu, qəbuledilməzdir, siyasi, hüquqi və insan haqları baxımından buna cavab verilməlidir. Bu, o cümlədən bizim hökumət üçün qəbuledilməzdir”, - deyə deputat əlavə edib.

Ermənistan ombudsmanı Anahit Manasyan öz növbəsində hüquq müdafiəçisinin hesabatında işgəncə hallarının qeydə alındığını, həmçinin onların araşdırılması baxımından ölkədə problem olduğunu qeyd edib.

“Düz deyirssiniz, bu suala cavab verilməlidir. Bu, işgəncə hadisəsi olduğu üçün dərhal araşdırılmalıdır”,- deyə ombudsman əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər