ABŞ casuslarını edam edəcəklər - Foto
Tarix: 30-05-2024 18:12 | Bölmə: Dünya
ABŞ casuslarını edam edəcəklər

Konqoda bu yaxınlarda baş verən çevriliş cəhdindən sonra saxlanılan üç Amerika və bir İngiltərə vətəndaşı edam oluna bilər.

Reyting.az
xatırladır ki, Konqonun rəsmi qurumlarının məlumatına görə, saxlanılan şəxslər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşlarıdır.

ABŞ-nın Konqo Demokratik Respublikasındakı səfiri Lucy Tamlyn isə saxlanılan ABŞ vətəndaşları ilə bağlı deyib ki, baş verən hadisələrdən şoka düşüb və narahat olub.

Amma Konqo səlahiyyətliləri bildiriblər ki, üç ABŞ və bir İngiltərə vətəndaşı çevrilişdə oynadıqları rola görə ölüm cəzasına məhkum ediləcək. Sözügedən 4 nəfərin hərbi məhkəmədə mühakimə olunacağı gözlənilir. MKİ agenti olduğu iddia edilən şəxslərin ailələri isə oğullarının dostları tərəfindən aldadıldığını bildirirlər.



ELÇİN




Bölməyə aid digər xəbərlər