İslandiyada vulkan püskürür, yollar lava ilə örtülüb
Tarix: 31-05-2024 00:03 | Bölmə: Dünya
İslandiyada vulkan püskürür, yollar lava ilə örtülüb

İslandiyanın cənub-qərbindəki vulkan püskürməyə başlayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, partlayışlardan sonra uzunluğu 3,5 kilometrə çatan çat əmələ gəlib. Hazırda vulkan aktivliyində əvvəlki günlə müqayisədə azalma olsa da, lava axını və püskürmələr davam edir.

Məlumata görə, vulkana görə İslandiyanın paytaxtı Reykyavikdən 50 kilometr uzaqlıqda yerləşən Qrindavik şəhərində elektrik enerjisi kəsilib, bəzi yollar lava ilə örtülüb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər