Ukrayna PUA-ları Tatarıstana hücum edib
Tarix: 31-05-2024 10:38 | Bölmə: Dünya
Ukrayna PUA-ları Tatarıstana hücum edib

Mayın 31-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri uzaqmənzilli pilotsuz təyyarələrlə Tatarıstanın Kazan şəhərinə hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, bu tipli pilotsuz təyyarələr (PUA) artıq Sankt-Peterburq boyunca da buraxılıb.

Pilotsuz təyyarələr mayın 31-i cümə günü səhər saatlarında Kazanda aşkarlanıb. Bölgənin bəzi ərazilərində sirenlər səslənib. Kazan və Nijnekamsk hava limanları gediş və eniş üçün bağlanıb. Pilotsuz uçuş aparatları ilə bağlı xəbərlərdən sonra bəzi müəssisələr boşaldılıb.

Səlahiyyətlilər PUA hücumu ilə bağlı məlumatları rəsmi şəkildə şərh etməyiblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər