Norveç Ukraynaya “F-16” qırıcıları verməyə hazırdır
Tarix: 31-05-2024 17:22 | Bölmə: Dünya
Norveç Ukraynaya “F-16” qırıcıları verməyə hazırdır

Norveç Ukraynanın müasir döyüş təyyarələri sahəsində bacarıqlarının inkişafına kömək edəcək. Artıq bu ölkə Ukraynaya “F-16” qırıcıları verməyə hazır olduğunu bəyan edib.

Reyting.az
-ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski və Norveçin baş naziri Jonas Qahr Store təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında saziş imzalayıb.

Ukrayna Prezident Aparatının mətbuat xidmətinin məlumatına görə, sənəd mayın 31-də Stokholmda imzalanıb.

Müqavilədə qeyd edilir ki, bu il Norveç Ukraynaya ən azı 13,5 milyard Norveç kronu (təxminən 1,2 milyard avro) hərbi yardım verəcək. Ümumilikdə, Norveç 2023-2027-ci illər üçün Ukraynanı dəstəkləmək üçün 6,4 milyard avro ayırıb. Norveçin Ukraynaya dəstəyi sazişin bütün müddəti ərzində davam edəcək.

Bildirilir ki, Norveç öz müttəfiqləri ilə birlikdə Ukraynaya müasir döyüş təyyarələri sahəsində bacarıqların inkişaf etdirilməsinə kömək edəcək və Kiyevə “F-16” qırıcıları verəcək.

Bundan əlavə, Oslo Qara və Azov dənizlərində dənizçilik imkanlarının inkişafına da mühüm töhfə verməyə hazırlaşır. Bu məqsədlə NASAMS sistemləri, eləcə də onlar üçün avadanlıq verəcək və mütəxəssislər hazırlayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər