Çin heç bir tərəfə silah verməyəcəyini bəyan edir
Tarix: 31-05-2024 18:00 | Bölmə: Dünya
Çin heç bir tərəfə silah verməyəcəyini bəyan edir

Pekin Ukraynadakı müharibədə heç bir tərəfə silah verməyəcək.

Reyting.az
“Le Monde” nəşrinə istinadla xəbər verir ki, Çinin müdafiə naziri Dong Jun Pentaqon rəhbəri Lloyd Ostini bu barədə əmin edib.

“Biz münaqişənin hər iki tərəfinə silah tədarük etməmək öhdəliyimizi yerinə yetiririk”,- deyən mənbə Pekinin “hərbi ixracata ciddi nəzarət tətbiq etdiyinə” əmin olduğunu bildirib.

Qeyd olunur ki, Pekin Moskvanı birbaşa silahla təmin etmirsə, deməli, bu silahların istehsalı üçün maşın və komponentlərin tədarükü suallar yaradır: öz şirkətlərinin kommersiya əməliyyatları vasitəsilə Pekin Moskvaya silah sənayesini bərpa etməyə icazə verib.

Xatırladaq ki, daha əvvəl Pekinin Rusiyanın müdafiə sektorunun və onun Ukraynaya genişmiqyaslı hücumunun ən böyük köməkçisinə çevrildiyi bildirilirdi.

Məlumata görə, Çin Rusiyaya 50 “yüksək prioritet” ikili təyinatlı malın ən böyük tədarükçüsüdür, həmçinin Rusiya idxalının təqribən 70, mikroeloktronikanın isə 90 faizini idxal edir.

Bundan əlavə, Çinin Rusiyanı rabitə və Ukraynaya qarşı zərbələrin hədəflənməsi üçün kritik sayılan peyk texnologiyası ilə təmin etdiyi bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}