Serj Sarkisyan Baqrat Qalstanyanı dəstəkləyir
Tarix: 31-05-2024 23:49 | Bölmə: Dünya
Serj Sarkisyan Baqrat Qalstanyanı dəstəkləyir

“Tək mən yox, partiyamız, bütün tərəfdarlarımız “Vətən naminə” hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın irəli sürdüyü namizədi dəstəkləyir”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, Xocalı cəlladı Serj Sarkisyan deyib.

S. Sarkisyan daha sonra əlavə edib:

“Qalstanyan deyib ki, o, özü namizəddir, ona görə də biz onu dəstəkləyirik”.

Sabiq prezident qeyd edib ki, ölkə konstitusiyasına görə, ikili vətəndaşlığı olan şəxs baş nazir postuna namizədliyini irəli sürə bilməz: “Amma bu qadağadan yan keçməyin bir yolu var. Konstitusion yol üçdə ikisinin Ermənistanda ikili vətəndaşlığı olan şəxslərin yüksək vəzifə tutmasını qadağan edən bəndi dəyişdirməsinə imkan verir. Bu, etimadsızlıq bildirməkdən bir qədər çətindir, lakin çıxış yoludur”.

ELÇİN




Bölməyə aid digər xəbərlər