ABŞ-Çin danışıqlarının detalları açıqlanıb
Tarix: 01-06-2024 13:59 | Bölmə: Dünya
ABŞ-Çin danışıqlarının detalları açıqlanıb

ABŞ müdafiə naziri Lloyd Ostin çinli həmkarı Dong Jun ilə görüşüb. Amerika rəsmisi əmin edib ki, Avropadakı müharibəyə baxmayaraq, Vaşinqton Asiyadakı tərəfdaşlarından əl çəkmir.

Reyting.az
xəbər verir ki, “Reuters" agentliyi danışıqların bəzi detallarını əldə edib.

“Avropa və Yaxın Şərqdəki bu tarixi toqquşmalara baxmayaraq, Hind-Sakit okean regionu bizim prioritet əməliyyat meydanımız olaraq qalır. Açığını deyim: ABŞ Asiyada təhlükəsiz məsələlərinə ciddi diqqət ayırır, müttəfiqlərinin bölgədəki mövcudluğunu uzun müddətdir ki, müdafiə edir”, - agentlik Ostindən sitat gətirib.

ABŞ Müdafiə Nazirliyinin rəhbəri regionda alyansların vacibliyini vurğulayıb. “Mübahisələrin münaqişə, cəza ilə deyil, dialoq və sülh yolu ilə həlli vacibdir”,- deyə o, Çini qınayıb.

Buna cavab olaraq Çin tərəfi bildirib ki, ABŞ-nın Hind-Sakit okean strategiyası “bölünməyə, qarşıdurmaya təhrik etməyə və sabitliyi pozmağa” yönəlib.

“Bu, yalnız ABŞ-nın eqoist geosiyasi maraqlarına xidmət edir və tarixi tendensiyalara və region ölkələrinin sülh, inkişaf və qazan-qazan əməkdaşlığa dair ümumi istəklərinə ziddir”, - Çin Mərkəzi Hərbi Qüvvələrinin Birləşmiş Qərargahının rəis müavini deyib.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib ki, Dong Ostinə ABŞ-nın Çinin Tayvanla işlərinə qarışmaması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ müdafiə naziri Lloyd Oustin və Çin müdafiə naziri Dong Jun Tayvan və Cənubi Çin dənizi ilə bağlı zidd mövqelərinə baxmayaraq, hərbi gərginliyi idarə etmək üçün ilkin addımları nəzərdən keçirərək cümə günü bir araya gəlib. 75 dəqiqə davam edən görüş Sinqapurda baş tutub.

ELÇİN




Bölməyə aid digər xəbərlər