Paşinyanla Putin arasında telefon danışığı olub
Tarix: 01-06-2024 14:02 | Bölmə: Dünya
Paşinyanla Putin arasında telefon danışığı olub

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti Ermənistanın baş nazirini ad günü münasibətilə təbrik edib.

Baş nazir Paşinyan Rusiya Federasiyasının Prezidentinə təbriklərinə və xoş arzularına, habelə Rusiya Dəmir Yollarına Lori rayonunda baş vermiş daşqın nəticəsində dağılmış dəmir yolunun hissələrinin tezliklə bərpası barədə verdiyi göstərişə görə təşəkkür edib.




Bölməyə aid digər xəbərlər