Sankt-Peterburqda Yevgeni Priqojinin abidəsi ucaldılıb - Foto
Tarix: 01-06-2024 15:17 | Bölmə: Dünya
Sankt-Peterburqda Yevgeni Priqojinin abidəsi ucaldılıb

Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığında “Vaqner” PMC-nin sahibi Yevgeni Priqojinin məzarı başında onun şərəfinə ucaldılmış abidənin açılışı olub.

Reyting.az
xəbər verir ki, mərasim onun ad gününə həsr olunub.

“Kommersant” nəşrinin xəbərinə görə, “Vaqner”in bir neçə üzvü abidə önünə gül dəstələri qoyub.

Qeyd edək ki, Yevgeni Priqojin 2023-cü il avqustun 23-də Tver vilayətində “Embraer” biznes-jetinin qəzaya uğraması nəticəsində həlak olub. Ondan başqa təyyarədə olan “Vaqner”in komandiri Dmitri Utkin və digər səkkiz nəfər də ölüb.

Aprelin 5-də Krasnodar diyarında Molkino poliqonunun (Qoryaçiy Klyuç şəhəri) yaxınlığındakı xatirə kapellasının ərazisində Priqojin və Utkinin abidəsinin açılışı olub. Postamentdə ad və soyadların əvəzinə qurbanların çağırış işarələri yazılıb.

Onu da qeyd edək ki, Sankt-Peterburqda PMC yaradıcısının abidəsi mayın 29-da ucaldılıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər