Gürcüstan hökuməti vətəndaşların daha bir cəriməsini siləcək
Tarix: 03-06-2024 12:12 | Bölmə: Dünya
Gürcüstan hökuməti vətəndaşların daha bir cəriməsini siləcək

Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı iki minə yaxın vətəndaşa tətbiq edilən cərimələri siləcək.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Vətəndaşlarımız artıq bir neçə ildir ki cərimələrə məruz qalırlar. 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari ( 2 milyon dollar) təşkil edəcək”, - deyə Baş nazir bildirib(Report)

Qeyd edıək ki, Gürcüstanda 2020-ci ilədək vergi borcları da silinib.

Reyting.az




Bölməyə aid digər xəbərlər