Ukrayna Rusiyaya 320 HİMARS atıb - Foto
Tarix: 03-06-2024 13:41 | Bölmə: Dünya
Ukrayna Rusiyaya 320 HİMARS atıb

Ukrayna ordusunun ABŞ istehsalı olan raketlərlə Rusiyanın hansı bölgələrini vurduğu məlum olub.

Reyting.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi və Rusiya hərbi bloqçuları hücumun HIMARS vasitəsilə həyata keçirildiyini bəyan ediblər.

Rusiyalı hərbi müxbir Yevgeni Podubnı Telegram kanalında bildirib ki, Rusiya ordusunun hava hücumundan müdafiə qrupları Belqorod vilayəti üzərində səmada 10-dan çox raketi məhv edib.

Hələlik Ukrayna və ABŞ-dan məsələ ilə bağlı açıqlama verilməyib. Sosial şəbəkələrdəki paylaşımlarda Ukraynanın ümumilikdə 320-dən çox raket atdığı iddia edilir.



ELÇİN




Bölməyə aid digər xəbərlər