Rusiya XİN: Qərb silahlarının Rusiyadakı hədəflərə hücumlarına cavab veriləcək
Tarix: 03-06-2024 16:19 | Bölmə: Dünya
Rusiya XİN: Qərb silahlarının Rusiyadakı hədəflərə hücumlarına cavab veriləcək

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı “ölümcül nəticələrə səbəb ola biləcək səhv hesablamalar” etməməyə çağırıb.

Reyting.az
xəbər verir ki, xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynanın Rusiya ərazisinə hücumlar üçün Amerika silahlarından istifadəsinə qadağanı ləğv etmək qərarını şərh edib.

“Naməlum səbəblərdən onlar ala biləcəkləri cavabın ciddiliyini lazımınca qiymətləndirmirlər”, - diplomat deyib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini ABŞ rəhbərlərini prezident Putinin Daşkənddəki danışıqlardan sonra keçirilən mətbuat konfransında dediklərini öyrənməyə vaxt sərf etməyə çağırıb: “Bu, çox əhəmiyyətli xəbərdarlıqdır və buna son dərəcə ciddi yanaşmaq lazımdır”.

Ryabkovdan Rusiyanın raket hücumu xəbərdarlığı sistemlərinə hücumlarda ABŞ-nın mümkün iştirakı və Rusiyanın buna cavabının olub-olmayacağı ilə bağlı şərh vermək də istənilib: “Bu, ilk dəfə deyil ki, Kiyev rejimi hərbi təşkilatımızın mühüm hissələrinin, o cümlədən strateji sahə ilə bağlı olan hissələrin normal fəaliyyətini pozmağa cəhd edir. Biz bu cəhdləri dayandıracağıq. Cavablar asimmetrik ola bilər”.

ABŞ-nın mövqeyinə gəlincə, nazir müavini əlavə edib ki, bu, mümkün qədər məsuliyyətsizlikdir: “Onlar Kiyevə hər hansı cinayətə, bu qəbildən olan hər hansı hərəkətə görə indulgensiya veriblər və təhlükəli təxribatçı addımlarının qarşısını almaq üçün heç nə etmirlər. ABŞ üçün bu da pulsuz deyil və onlar nəticəni hiss edəcəklər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər