“F-16” təyyarələri Rusiya ərazisini bombalayacaq
Tarix: 03-06-2024 16:29 | Bölmə: Dünya
“F-16” təyyarələri Rusiya ərazisini bombalayacaq

Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Kiyevi əmin edib ki, Hollandiyanın Ukraynaya təhvil vermək niyyətində olduğu 24 ədəd “F-16” qırıcısından Rusiyadakı hədəfləri vurmaq üçün istifadə edilə bilər.

Reyting.az
-ın məlumatına görə, K. Ollonqren “Politico”ya müsahibəsində deyib ki, Hollandiya Belçika kimi məhdudiyyətlər tətbiq etməyəcək.

“Biz onları Ukraynaya köçürdükdən sonra istifadə edə bilərlər. Biz onlardan yalnız beynəlxalq hüquqa və BMT Nizamnaməsində qeyd olunan özünümüdafiə hüququna hörmət etməyi xahiş edirik. Bu o deməkdir ki, onlar bundan özünümüdafiə üçün istifadə edəcəklər”,- deyə müdafiə naziri əlavə edib.

Qeyd edək ki, Ollonqren ölkənin yeni hökuməti and içdikdən sonra müdafiə naziri vəzifəsini tərk edəcək. O, yeni hökumətin də NATO və Ukraynaya dəstəyini davam etdirəcəyinə inanır:

“Düşünürəm ki, bizim bu işi davam etdirməyimiz çox vacibdir. Yeni hökumətin proqramında Ukraynaya dəstəyin davam edəcəyini, yeni hökumətin də Avropa İttifaqına, NATO-ya dəyər verdiyini gördüm”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər