Turçak Altay Respublikasına rəhbərlik edəcək
Tarix: 04-06-2024 15:16 | Bölmə: Dünya
Turçak Altay Respublikasına rəhbərlik edəcək

Rusiya Federasiya Şurasının Birinci vitse-spikeri, “Vahid Rusiya” Baş Şurasının katibi Andrey Turçak Altay Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

Reyting.az
xəbər verir ki, Andrey Turçaka bu vəzifənin icrasını Rusiya prezidenti Vladimir Putin təklif edib.

Turçak Rusiya prezidentinin təklifini qəbul edib.

Onu da qeyd edək ki, əvvəllər bu postu tutan Oleq Xoroxordin istefa verdiyini açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər