Müharibəni siyasi oyuna çeviriblər?
Tarix: 05-06-2024 08:07 | Bölmə: Dünya
Müharibəni siyasi oyuna çeviriblər?

Dünən ABŞ Prezidenti Co Baydenin dedikləri mahiyyət etibarı ilə İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında hərbi əməliyyatı siyasi səbəblərinə görə dayandırmaması ilə bağlı bəyanatı ilə ziddiyyət təşkil edib.

Reyting.az
xarici media portallarına istinadla xəbər verir ki, Amerika liderinin Ağ evdə ölkənin cənub sərhədində tədbirlərin sərtləşdirilməsi ilə bağlı çıxışından sonra jurnalistlərdən biri Baydendən Netanyahunun “müharibə ilə siyasi oyunlar” oynadığına inanıb-inanmadığını soruşub.

“Mən belə düşünmürəm. O, sadəcə olaraq, üzləşdiyi ciddi problemin həllini tapmağa çalışır”, - Bayden deyib. Yəni o, Netanyahunun HƏMAS-a qarşı mübarizədə siyasi motivli sözlərini təkzib edib

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər