Qərb ölkələri Ukraynaya yeni imkanlar yaradır
Tarix: 05-06-2024 09:45 | Bölmə: Dünya
Qərb ölkələri Ukraynaya yeni imkanlar yaradır

Ukraynanın potensial təhlükə yaradan döyüş təyyarələrini Rusiyanın hava məkanında vurmaq hüququ məhdudlaşmayıb, xüsusən də söhbət idarə olunan bombalar atan təyyarələrdən gedirsə.

Reyting.az
xəbər verir ki, bunu Ağ evin sözçüsü Con Kirbi brifinqdə bildirib.

“Mən sadəcə, qeyd etmək istəyirəm ki, bu kontekstdə müəyyən çaşqınlıq var. Ukraynalıların düşmən təyyarələrini vurmasına heç vaxt məhdudiyyət qoyulmayıb, hətta həmin təyyarələr Ukraynanın hava məkanında mütləq olmasa belə”, - Kirbi əlavə edib.

Onun sözlərinə görə, Ukrayna ordusu qaçılmaz təhlükə yaradan Rusiya təyyarələrini vura bilər. Kirbi xatırladıb ki, Ukrayna Müdafiə Qüvvələri müharibə zamanı bunu artıq ediblər.

Xatırladaq ki, mayın sonunda ABŞ və digər tərəfdaş ölkələr Rusiya ərazisinə Qərb silahları ilə hücumlara qadağaları yumşaldıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər