Bayden Makronla Ukraynaya dəstəyi müzakirə edəcək
Tarix: 05-06-2024 12:33 | Bölmə: Dünya
Bayden Makronla Ukraynaya dəstəyi müzakirə edəcək

ABŞ lideri Co Bayden Fransaya səfər edib.

Reyting.az
xəbər verir ki, prezident Co Baydeni hava limanında Fransa baş naziri Qabriel Attal qarşılayıb.

Bayden Normandiyada keçiriləcək böyük anım mərasimində iştirak edəcək. Səfər çərçivəsində Fransa prezidenti Emmanuel Makron ilə Ukraynaya göndəriləcək yardım da müzakirə predmeti olacaq.

Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ikitərəfli görüş zamanı prezidentlər Ukraynaya dəstək, Hind-Sakit okean regionunun azad və açıq saxlanmasının zəruriliyi, həmçinin Yaxın Şərqdəki böhranın həlli və iqlim dəyişikliyi ilə mübarizə səyləri kimi prioritetləri də müzakirəyə çıxaracaqlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər