Atlantik Şura: “Ən vacibi odur ki, bu, III Dünya Müharibəsinə səbəb olmadı”
Tarix: 05-06-2024 16:02 | Bölmə: Dünya
Atlantik Şura: “Ən vacibi odur ki, bu, III Dünya Müharibəsinə səbəb olmadı”

Genişmiqyaslı müharibənin ilk aylarından Ukrayna tərəfi işğal altında olan Krımda Rusiya qoşunlarına “bütün mövcud silah növləri, o cümlədən Qərb müttəfiqləri tərəfindən verilən silahlarla” hücum edib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Atlantik Şuranın hesabatında bildirilir.

Qeyd olunur ki, Qərbin təchiz etdiyi raketlər Krım yarımadası uğrunda döyüşdə mərkəzi rol oynayıb, Kiyevə Rusiyanın hava hücumundan müdafiə sistemlərini metodik şəkildə məhv etmək və döyüş gəmilərini batırmaq imkanı yaradıb.

Hesabatda bildirilir ki, ən təəccüblü hücum 2023-cü ilin sentyabr ayında olub. Bu zaman Qərb qanadlı raketlərinin köməyi ilə Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahı bombalanıb və qismən məhv edilib.

Hesabata görə, ən vacibi odur ki, bu, III Dünya Müharibəsinə gətirib çıxarmayıb və Kreml qalan döyüş gəmilərinin əksəriyyətini Krım sahillərindən nisbətən təhlükəsiz limanlara çıxarıb.

“Rusiya ərazisinə hücumlarla bağlı Kremlin ictimai mövqeyinin açıq-aşkar uyğunsuzluğu müharibənin gələcək gedişi üçün bir sıra praktiki təsirlərə malikdir. Bu, Rusiyanın qırmızı xətlərinin çevikliyini vurğulayır və Moskvanın ilk növbədə, “Rusiya ərazisinə” hücumlardan istifadə etməyə çalışdığı qənaətini gücləndirir”, - deyə hesabatda vurğulanır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər