İki “Pantsir” sistemi və komanda məntəqəsi məhv edilib
Tarix: 05-06-2024 17:20 | Bölmə: Dünya
İki “Pantsir” sistemi və komanda məntəqəsi məhv edilib

Cənub istiqamətində Ukrayna müdafiə qüvvələri Rusiyanın iki “Pantsir-S1” zenit-raket kompleksini məhv edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin strateji kommunikasiyalar üzrə mətbuat mərkəzinin rəhbəri Dmitri Pletençuk bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri işğalçıların iki mühüm nöqtəsini də vurub.

“Minus 2 Pantsirs” sistemi, həmçinin bizim istiqamətimizdə bir komanda postu və bir pilotsuz idarəetmə postunun ləğvi var”,- Pletençuk qeyd edib.

Xatırladaq ki, hələ aprelin sonunda Müdafiə Qüvvələri Xerson vilayətində Dnepr deltasında yerləşən Nestriqa adasına nəzarəti ələ keçirib. Bu ada taktiki əhəmiyyət kəsb edir, çünki söhbət rusların Ukrayna mövqelərinə yaxınlaşmasına imkan verməyən yerlərdən gedir. Apreldən bəri ruslar yenidən Nestriqanı ələ keçirmək cəhdlərindən əl çəkmir və daima hücumlara əl atır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}