Sinanyan: “Keşişin baş nazir olması qeyri-ciddi məsələdir”
Tarix: 05-06-2024 20:45 | Bölmə: Dünya
Sinanyan: “Keşişin baş nazir olması qeyri-ciddi məsələdir”

“Diasporada arxiyepiskop Baqrat Qalstanyanı dəstəkləyən insanlar və strukturlar varmı? Təbii ki, var, çünki onunla birlikdə həmin insanlar və ya strukturlar da küçədədir”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın diasporla iş üzrə baş komissarı Zareh Sinanyan erməni diasporunun “Vətən uğrunda” hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanı dəstəkləməsi haqda iddiaları şərh edərkən bildirib.

Qalstanyanı kim dəstəkləmir sualına Sinanyan belə cavab verib: “Bu siyahı daha kiçik olduğundan kimin dəstəklədiyini söyləmək daha asan olardı. Diasporda kimin daha çox dəstəklənməsi heç bir halda müzakirə mövzusu deyil. İstər Ermənistanda, istərsə də diasporda bu hərəkatı dəstəkləyən qüvvələr kəmiyyət və faiz baxımından eynidir”.

Sinanyan Qalstanyanın Ermənistanın baş naziri olmaq istəyi ilə bağlı suala da cavab verib: “Ümumiyyətlə, mən vətəndaş Qalstanyanı bu vəzifədə görmürəm. Siz qeyri-ciddi sual verirsiniz”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər