Baş Qərargah rəisi Rusiyaya casusluq edib - Foto
Tarix: 06-06-2024 17:48 | Bölmə: Dünya
Baş Qərargah rəisi Rusiyaya casusluq edib

Moldova Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İqor Qorqan Rusiyaya həssas məlumatlar ötürüb.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə “Insider” nəşri çıxış edib.

“Insider”in sızdırdığı və bütün dünyada səs-küy yaradan sənədlərə görə, Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsi zamanı Moldovanın Baş Qərargah rəisi İqor Qorqanın Rusiyaya həssas məlumatlar verib.

2013-2016-cı illərdə, sonra isə 2019-2021-ci illərdə Moldovanın Baş Qərargah rəisi olmuş Qorqan o vaxt yazışdığı rusiyalı məmura “Biz təcili olaraq ölkəni bütün faşist zibillərindən təmizləməliyik. Çoxları hazırdır. Vaxt yetişdi, bütün ordu mənim nəzarətimdədir”,- dediyi üzə çıxıb.

Üstəlik, Qorqanın Rusiya səfirliyi qarşısında rus məmurları ilə görüşməsinin gizli fotoları da yayılıb.



E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər