Ukraynalı hərbçi xəbərdarlıq edir
Tarix: 06-06-2024 18:41 | Bölmə: Dünya
Ukraynalı hərbçi xəbərdarlıq edir

“Hazırda ən gərgin döyüş təmas xətti boyunca Pokrovskoe istiqamətindədir. Təkcə son bir həftə ərzində 220 hücum olub, artıq bu səhər 4 hücum dəf edilib, 6 hərbi toqquşma baş verib. Oradakı silahlı qüvvələr indi işğalçılara atəş açır və düşmənə müqavimət göstərməyə çalışırlar”.

Reyting.az
xəbər verir ki, bunu “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun nümayəndəsi Nazar Voloşin deyib.

Voloşinin sözlərinə görə, düşmən təzyiq edir və rus qoşunlarının əsas səyləri Ukrayna müdafiəsini yarmağa və gələcəkdə Pokrovsk, Mirnoqrad, Selidovo kimi yaşayış məntəqələri istiqamətində hücumu inkişaf etdirməyə yönəlib.

“Düşmən Avdeevka və Maryinkadan qərbə hücum etmək üçün böyük məskunlaşan ərazilərə-Kuraxovo və Pokrovska çatmağa çalışır”, - deyə N. Voloşin əlavə edib.

O, həmçinin bildirib ki, Müdafiə Qüvvələri Çasov Yar şəhərinə nəzarət edir: “Əlbəttə ki, düşmən zaman-zaman yaxınlaşmağa çalışır, amma müdafiə qüvvələrimiz ona qarşı bütün növ silahlardan aistifadə edir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər