20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Gürcüstan prezidentinin kürəkəninə 8 il cəza verilə bilər
Tarix: 06-12-2018 12:49 | Bölmə: Dünya
Gürcüstan prezidentinin kürəkəninə 8 il cəza verilə bilər

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvilinin ögey qızının əri Mindiya Qoqoçuri 8 il azadlıqdan məhrum edilə bilər.

Reyting.az bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

29 yaşlı Qoqçuri dekabrın 5-də axşam Tbilisinin Amaşukeli küçəsindəki daimi yaşadığı evində saxlanılıb.

Polislər Qoqoçuri ilə birlikdə onun dostunu – sağlamlığa qəsdən ağır zərərvurma ilə axtarışda olan 24 yaşlı Q.Q.ni də saxlayıblar.

Hüquq-mühafizə orqanları mənzildə axtarış zamanı zirehli jilet aşkar ediblər.

Bundan əlavə yaşayış binasının ətrafındakı ərazidə günahlandırılanların pəncərədən atdıqları iki tapança taöılıb. Silahlar ekspertizaya göndərilib.

Qoqoçuri Gürcüstanın birinci ledisi Maki Çiçuanın qızı Maşo Şişuanın vətəndaş nikahında olan əridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər