10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
Tarix: 01-02-2026 16:52 | Bölmə: İqtisadiyyat

Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 25 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Reyting.az xəbər verir ki, bu gün, 1 fevralda Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.

Daha sonra qatar Gürcüstana keçəcək, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu ( 19 900 tona yaxın) taxıl göndərilib(report).





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb