Makron və Lekornu geri çəkilir: Fransa Ukraynaya təlimatçı göndərməyəcək
Tarix: 07-06-2024 17:11 | Bölmə: Dünya
Makron və Lekornu geri çəkilir: Fransa Ukraynaya təlimatçı göndərməyəcək

Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Fransa Ukraynaya hərbi kadrların hazırlanması üçün öz hərbi təlimatçılarını göndərmək niyyətində deyil.

Reyting.az
-ın məlumatına görə, nazir deyib ki, Fransa ordusu ilk dəfə olaraq 4500 Ukrayna əsgərinə öz ərazisində təlim keçəcək.

“Biz briqada yaratmaq məsələsinə qayıdırıq, 4500 əsgər çox şeydir. Bunun üçün təlim, o cümlədən mühəndislik, artilleriya və kəşfiyyat imkanları lazımdır. İlk dəfədir ki, biz bu 4500 Ukrayna əsgərinə belə ardıcıl dəstək verəcəyik. Onlar Fransa ordusu tərəfindən tam təchiz olunacaq və təlim keçəcəklər, ancaq Fransada”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Fransa lideri Emmanuel Makron ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı qoşunların hazırlanması üçün Ukraynaya Qərb təlimatçılarının göndərilməsini təklif edib. Ancaq Bayden Makronun mövqeyini dəstəkləməyib.

“O, hər hansı NATO ölkəsindən qoşunların atəş xəttində ola biləcəyi və münaqişənin genişlənməsinə səbəb ola biləcək yerlərə göndərilməsinin potensial nəticələrindən narahatlığını ifadə edib”, - “Politico” yazıb.

Onu da qeyd edək ki, Rusiya Ukraynadakı fransız təlimatçılarını dərhal vurmaqla hədələmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər