Tubasda fələstinlilərlə İsrail ordusu toqquşub
Tarix: 10-06-2024 08:17 | Bölmə: Dünya
Tubasda fələstinlilərlə İsrail ordusu toqquşub

Yaxın Şərqdə vəziyyət kəskin olaraq qalmaqdadır.

Reyting.az
-ın xəbərinə görə, Qətərin “Əl-Cəzirə” telekanalının yaydığı məlumatda deyilir ki, Fələstin müqavimət döyüşçüləri İordan çayının qərb sahilinin şimal-şərqindəki Tubas şəhərində İsrail Müdafiə Qüvvələri ilə toqquşub.

Qeyd olunur ki, yerli müqavimət hərəkatının üzvləri kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə İsrail ordusunun şəhərə hücumunu dəf edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər