Mumbay hava limanında gərgin anlar yaşanıb
Tarix: 10-06-2024 08:28 | Bölmə: Dünya
Mumbay hava limanında gərgin anlar yaşanıb

Sərnişin təyyarəsinin Mumbaya enişi zamanı başqa bir təyyarə eyni uçuş-enmə zolağından havaya qalxıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Afisha Daily News” telegram kanalında məlumat yayılıb.

Məlumata görə, Hindistanın Mumbay şəhərinin hava limanına enən sərnişin təyyarəsi həmin an eyni uçuş-enmə zolağından havaya qalxan başqa bir təyyarə ilə az qala toqquşacaqmış.

Hadisənin videoyazısında təyyarələrdən biri havaya qalxarkən digər təyyarənin təkərlərinin yerə necə toxunduğu aydın görünür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər