Ukrayna hərbi aviasiyası Rusiya ərazisində hədəfi vurub - Yenilənib
Tarix: 10-06-2024 08:45 | Bölmə: Dünya
Ukrayna hərbi aviasiyası Rusiya ərazisində hədəfi vurub

Müharibə zamanı ilk dəfə olaraq Ukrayna hərbi aviasiyası Rusiya ərazisindəki hədəfi vurub.

Reyting.az
xəbər verir ki, bu barədə “Sky News” Ukrayna hərbi mənbəsinə istinadla məlumat yayıb.

“Zərərin qiymətləndirilməsi hələ aparılsa da, birbaşa zərbə artıq təsdiqlənib”, - Ukrayna hərbi mənbəsi “Sky News”-a bildirib.

Mənbə dəqiqləşdirib ki, dünən Belqorod ərazisində Rusiya komandanlığı mərkəzi atəşə tutulub.

Nəşr qeyd edib ki, zərbə üçün hansı növ sursatdan istifadə edildiyi, yəni onun Qərb silahı olub-olmadığı hələlik bəlli deyil.

Adının açıqlanmasını istəməyən nəşrin hərbi mənbəyi deyib: “Ukrayna Hərbi Hava Qüvvələrinin missiyası Belqorodda Rusiya komandanlıq mərkəzinə zərbə endirib”.

Bu, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki hədəfə havadan buraxılan ilk raketdir.

Mənbə əlavə edib ki, ötən gecə Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda Qara dənizdən Azov dənizinə keçən Rusiya desant gəmisinə də “koordinasiyalı zərbə” endirib.

Mənbənin sözlərinə görə, bu gəmi Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində batmış və ya “istifadəyə yararsız hala düşmüş” yeddi Ropuça sinifli desant gəmisindən beşincisidir.

“Bu uğurlu zərbə ruslara göstərir ki, onlar nə Qara dənizdə, nə də şərqdə sərbəst fəaliyyət göstərə bilmirlər”, - mənbə əlavə edib.

Bildirilir ki, Rusiya hərbçiləri bu cür gəmilərdən döyüş sursatı və yüklərin işğal olunmuş Mariupola daşınmaq üçün yararlanır.

***

Son məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində vurduğu hədəf 5-ci nəsil döyüş təyyarəsi “Su-57”-dir.


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hücumun nəticələrini əks etdirdiyi iddia edilən peyk fotolarını paylaşıb.

Qeyd olunur ki, hədəf şənbə günü Rusiyanın cənubundakı Axtubinskdəki bazada, cəbhə xəttindən təxminən 589 kilometr aralıda vurulub.



E. KAMAL




Bölməyə aid digər xəbərlər