İordan çayının qərb sahilində gərginlik səngimir - Ölənlər var
Tarix: 10-06-2024 10:34 | Bölmə: Dünya
İordan çayının qərb sahilində gərginlik səngimir - Ölənlər var

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tülkərim və Tubas şəhərlərində evlərə basqınları davam etdirir.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə Tülkərim və Tubas şəhərlərində reyd zamanı qarşıdurma yaranıb.

Məlumata görə, nəticədə biri uşaq olmaqla, iki fələstinli öldürülüb. Onlardan biri 21 yaşlı Yusuf Abduddaimdır. O, Fələstin Huduri Texniki Universitetinin Mühəndislik fakültəsinin tələbəsi olub.

İsrail əsgərləri heç bir səbəb gətirmədən Tülkərim yaxınlığındakı Zenabe qəsəbəsində binaların damlarına snayperlər yerləşdirilib, bir çox evdə qanunsuz axtarışlar aparıblar.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər