İrəvandakı festivalda bıçaqlanma: ölən və yaralanan var - Foto
Tarix: 10-06-2024 13:21 | Bölmə: Dünya
İrəvandakı festivalda bıçaqlanma: ölən və yaralanan var

İrəvan şəhərinin mərkəzində, şərab festivalının keçirildiyi Saryan küçəsində bıçaqlanma hadisəsi baş verib.

Reyting.az
bildirir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, bıçaqlanma nəticəsində bir nəfər ölüb.

İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib ki, şənbə və bazar günləri İrəvanın mərkəzində iki bıçaqlanma hadisəsi qeydə alınıb.

Mətbuat katibi bildirib ki, qətl və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər