Krımda Rusiyanın üç diviziyası vurulub
Tarix: 10-06-2024 14:59 | Bölmə: Dünya
Krımda Rusiyanın üç diviziyası vurulub

Bu gecə Ukrayna Müdafiə Qüvvələri Krım ərazisində Rusiyanın bir “S-400” zenit-raket diviziyasına və iki “S-300” zenit-raket diviziyasına zərbələr endirib.

Reyting.az
-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, atılan raketlərin heç biri Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulmayıb.

Baş Qərargah bəyan edib ki, Ukraynanın Hava Hücumundan Müdafiə Qoşunlarının uğurlu işi sayəsində ruslar Krımda xeyli itki veriblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib