Blinken yenidən Yaxın Şərqə gəlib
Tarix: 10-06-2024 17:48 | Bölmə: Dünya
Blinken yenidən Yaxın Şərqə gəlib

ABŞ dövlət katibi Antoni Blinken bu gün yenidən Misirin paytaxtı Qahirəyə gəlib.

Reyting.az
xəbər verir ki, bu, İsrail-Fələstin müharibəsi başlayandan bəri dövlət katibinin Yaxın Şərqə sayca səkkizinci səfəridir.

Qahirədə Misir lideri Əbdülfəttah Sisi ilə görüşən Antoni Blinkenin növbəti dayanacağı İsrail, İordaniya və Qətər olacaq. Vaşinqtonun Yaxın Şərqdəki müttəfiq ölkələrə atəşkəs və girov mübadiləsi üçün təzyiq edəcəyi gözlənilir.

Bu arada HƏMAS-ın siyasi büro rəhbəri İsmayıl Haniyə bildirib ki, Nuseyrat qətliamı müharibəyə son qoyacaq hər hansı atəşkəs razılaşmasının qarşısını almaq üçün baş verib.

Amerikanın NBC telekanalı isə Vaşinqtonun girovlarla bağlı HƏMAS-la danılşıqlar aparmaq fikrində olduğunu iddia edib. Xəbərlərini dörd ayrı rəsmiyə əsaslandıran NBC telekanalının məlumatına görə, may ayının sonunda elan edilmiş üçmərhələli atəşkəs planı uğursuz olarsa, ABŞ özü addımlar atmalı olacaq. Qəzza zolağında saxlanılan beş amerikalı girov üçün ABŞ-nın HƏMAS-ın qapısını döyəcəyini və buna Qətərin vasitəçilik edəcəyini bildirən NBC-nin məlumatına görə, belə bir razılaşma olarsa, İsrailin baş naziri Netanyahuya təzyiq artacaq.

Xatırladaq ki, HƏMAS oktyabrın 7-də ABŞ vətəndaşları Edan Alexander, Sagui Dekel-Xen, Herş Goldberg-Polin, Omer Neutra və Keyth Siegel-i girov götürüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər