Ukraynanın əsas aerodromları bombalanıb
Tarix: 14-06-2024 12:00 | Bölmə: Dünya
Ukraynanın əsas aerodromları bombalanıb

İyunun 14-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına hücum edib.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin, o cümlədən strateji aviasiyanın hədəfi Ukraynanın əsas aerodromları olub.

Bildirilir ki, Kiyev yaxınlığındakı, Belaya Tserkov ərazisindəki, həmçinin Poltava və Xmelnitski vilayətlərindəki hədəflərə zərbələr endirilib.

Daha əvvəl bildirilib ki, cümə günü gecə Ukraynanın Kiyev və Xmelnitski vilayətlərində partlayış səsləri eşidilib. Onlardan birinin paytaxt yaxınlığında baş verdiyi qeyd olunur.

ELÇİN




Bölməyə aid digər xəbərlər