Türkiyədə yanğın: 5 nəfər həyatını itirib, 19 nəfər xəsarət alıb
Tarix: 21-06-2024 09:12 | Bölmə: Dünya
Türkiyədə yanğın: 5 nəfər həyatını itirib, 19 nəfər xəsarət alıb

Türkiyənin Diyarbəkir şəhərinin Çınar rayonu ilə Mardinin Mazıdağı rayonu arasındakı bölgədə baş verən yanğın yaşayış məntəqələrinə də keçib. Yanğında 5 nəfər həyatını itirib, xeyli sayda şəxs xəsarət alıb.

Reyting.az
-ın məlumatına görə, yanğın gecə saatlarında Mardinin Mazıdağı arasındakı ərazidə baş verib. Naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə genişlənərək yaşayış məntəqələrinə keçib. Köksalan çölü və ətraf kəndlərə sıçrayan yanğının qarşısını almq üçün xilasetmə briqadası prosesə cəlb edilib.

Yanğının söndürülməsi üçün səylər davam edərkən çox sayda yaralı müalicə olunmaq üçün Çınar dövlət xəstəxanasına və şəhər mərkəzindəki xəstəxanalara aparılıb.

Ümumilikdə 5 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı qeyd edilib. Diyarbəkirdə 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilir. Mardində isə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər