İsrail “Hizbullah”ın hədəflərini bombalayır - Foto
Tarix: 24-06-2024 09:04 | Bölmə: Dünya
İsrail “Hizbullah”ın hədəflərini bombalayır

Livana qarşı quru əməliyyatı keçirməyə hazırlaşan İsrail ordusu Qəzzanın ardınca Livana qadağan olunmuş bombalarla hücuma keçib.

Reyting.az
Livanın NNA xəbər agentliyinə istinadla bildirir ki, İsrail ordusu tərkibində ağ fosfor olan artilleriya atəşi ilə sərhəd bölgəsindəki Hiyam qəsəbəsi və Marcayun rayonu düzənliyini hədəf alıb.

İsrail artilleriya bölmələrinin Kfarkilla və Deyrmimas arasındakı Hora bölgəsini ağır artilleriya atəşi ilə vurduğu bildirilir.

İsrail ordusu açıqlamasında “Hizbullah”ın Xiyam, Ramya və Alma əş-Şaab qəsəbələrindəki hədəflərin və müşahidə məntəqələrinin döyüş təyyarələri ilə bombalandığını bəyan edib.



Y. QACAR




Bölməyə aid digər xəbərlər