Ukraynanın Sevastopola hücumundan 153 nəfər zərər çəkib
Tarix: 24-06-2024 14:29 | Bölmə: Dünya
Ukraynanın Sevastopola hücumundan 153 nəfər zərər çəkib

Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumundan sonra 4 nəfər ölüb, 153 nəfər həkimə müraciət edib.

Reyting.az
xəbər verir ki, bunu Sevastopolun qubernatoru Mixail Razvojaev deyib.

Onun sözlərinə görə, həkimə müraciət edən 153 nəfərdən 27-si uşaqdır.

Hazırda 74 xəstənin ambulator müalicə aldığı bildirilir.

Qubernator əlavə edib ki, ölənlərdən üçü yerli sakindir. Digər mərhum Rusiya Federasiyasının başqa bölgəsindən olan uşaqdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər