Vyana Rusiyanın casus mərkəzinə çevrilib
Tarix: 28-06-2024 16:51 | Bölmə: Dünya
Vyana Rusiyanın casus mərkəzinə çevrilib

Vyana bütün Avropada sui-qəsdlər, təxribat və işə götürmə üçün maliyyə, maddi-texniki dəstək də daxil olmaqla Rusiyanın gizli əməliyyatları üçün bazaya çevrilib.

Reyting.az
“The Wall Street Journal”-a istinadla bildirir ki, Ukraynada müharibə başlayandan və Avropa ölkələri 600 rusiyalı casus diplomatı ölkədən çıxardıqdan sonra Avstriyanın paytaxtı Vyana Rusiyanın Avropadakı yeni casus mərkəzi hesab edilir.

“Son iki ildə Avstriyada Rusiya dövlət qulluqçularının sayı 300-dən 500-ə qədər artıb, onların yarısından çoxu diplomatlar və idarəçilərdir. Avstriya kəşfiyyat orqanlarının hesablamalarına görə, onların yarısına qədəri casusdur”,- nəşr yazır.

Qeyd edilir ki, Avstriyada casusluq bu ölkənin özünə qarşı yönəlmədikdə qanuni olması rusların işini asanlaşdırır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər