Britaniya ordusunun gücü ikiqat artırılır
Tarix: 28-06-2024 17:18 | Bölmə: Dünya
Britaniya ordusunun gücü ikiqat artırılır

Britaniya ordusunun yeni rəhbəri Volker il ərzində silahlı qüvvələrin “öldürücülüyünü” ikiqat, on ilin sonuna qədər isə üçqat artırmağı planlaşdırır.

Reyting.az
-ın məlumatına görə, general Volker deyib ki, o, ordunu “xüsusi qüvvələrə bənzətmək” istəyir:

“Ordunun yeganə real ölçüsü onun döyüş gücüdür: yaxınlaşmaqda olan çox real təhlükələr qarşısında onun öldürücülüyü güclü olmaldır. Mənim Britaniya ordusuna yaxın perspektivdə çağırışım odur ki, üç il ərzində bu öldürücülük səviyyəsini iki dəfə və üç dəfə artıraq”.

Elektron müharibə, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri və raketlər kimi uzaqmənzilli silahlar indi ordu üçün çox vacib detallardır. Volker yeni texnologiyaları inkişaf etdirməklə yanaşı, Britaniya silahlı qüvvələrinin sursat çatışmazlığı problemini də həll etmək niyyətindədir.

Xatırladaq ki, Volker əvvəlcə İrlandiya Qvardiyasında xidmət edib, sonra SAS-a (Britaniya Ordusunun Xüsusi Hava Xidməti) qoşulub və 2003-cü ildə İraqda düşmən hədəflərinə qarşı əməliyyatlar hazırlayıb. 2010-cu ildə Əfqanıstanda altı aylıq xidmət edib. General 15 tonluq zirehli maşınının təkərlərini qoparan “Taliban” bombasından sağ çıxan nadir şəxslərdən sayılır.

Onu da qeyd edək ki, NATO komandanının müavini, general Ser Riçard Şirreff keçən ay Britaniya ordusunda sursat çatışmazlığının “kritik həddə” olduğunu söyləyib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər