Ukraynanın alacağı hərbi yardımın məbləği açıqlanıb
Tarix: 28-06-2024 18:24 | Bölmə: Dünya
Ukraynanın alacağı hərbi yardımın məbləği açıqlanıb

Tərəfdaşlarla imzalanmış təhlükəsizlik sazişləri vasitəsilə Ukraynanın növbəti dörd il ərzində alacağı ümumi hərbi yardım hər il 60 milyard dollar həcmində qiymətləndirilir.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal hökumətin iclasında deyib.

Onun sözlərinə görə, növbəti 4 il ərzində tərəfdaşları Ukraynaya hər il 60 milyard dollar dəyərində ümumi hərbi dəstək verməyi planlaşdırır.

Baş nazir qeyd edib ki, Ukrayna artıq müttəfiqləri ilə, xüsusilə də Avropa İttifaqı və ABŞ-la 20 təhlükəsizlik sazişi imzalayıb.

D. Şmıqal deyib ki, Ukrayna bu il Qərbdə dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə müttəfiqlərindən əlavə 50 milyard dollar alacaq. Müvafiq qərar G7 sammitində qəbul edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər