Ruslar Ukraynaya məxsus altı PUA vurub - Yenilənib
Tarix: 29-06-2024 08:50 | Bölmə: Dünya
Ruslar Ukraynaya məxsus altı PUA vurub

Ötən gecə Ukrayna tərəfi pilotsuz uçan aparatlarından (PUA) istifadə etməklə Rusiya ərazisində terror aktları həyata keçirməyə çalışıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Tver vilayətləri və Krım üzərində Ukraynaya məxsus altı pilotsuz uçan aparatını (PUA) məhv edib.

***

Onu da qeyd edək ki, Ukraynaya məxsus PUA-ların Kursk vilayətinə hücumu zamanı ikisi uşaq olmaqla beş nəfər həlak olub. Bu barədə vilayət rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər