Türkiyədə sərnişin avtobusu aşıb
Tarix: 01-07-2024 10:18 | Bölmə: Dünya
Türkiyədə sərnişin avtobusu aşıb

Hatay-İzmir marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Göğem qovşağı yaxınlığında idarəetməni itirərək qarşıdakı maneəyə çırpılıb və zərbənin təsirindən aşıb.

Reyting.az
xəbər verir ki, hadisə yerinə polis, jandarma və çox sayda tibbi qruplar gəlib.

Qəzada yaralanan 11 sərnişin təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıblar.

Sərnişin avtobusunun sürücüsü dindirilmək üçün jandarma bölməsinə dəvət edilib.

Digər sərnişinlər başqa bir avtobusla yola davam etmək üçün Uşak avtovağzalına istiqamətləndirilib.

Qəza səbəbindən Afyonkarahisar-Uşak avtomobil yolunda nəqliyyatın hərəkəti tək zolaqla məhdudlaşdırılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər