Baş nazir: Varşava çox şeyi qurban verməyə hazırdır
Tarix: 02-07-2024 08:02 | Bölmə: Dünya
Baş nazir: Varşava çox şeyi qurban verməyə hazırdır

Polşanın baş naziri Donald Tusk səfirlə birgə Ukrayna sərhədinə gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “RMF24” radiostansiyası məlumat yayıb.

Məlumata görə, D. Tusk canlı efirdə Varşavanın öz müstəqilliyi naminə çox şeyi qurban verməyə hazır olduğunu bəyan edib.

Siyasətçi ABŞ-nın Polşadakı səfiri Mark Bjezinski ilə birlikdə ABŞ və Polşa əsgərlərinin yerləşdiyi logistika mərkəzinə baş çəkib. Qeyd edək ki, həmin məntəqədən Ukraynaya verilən silah və sursatlar da keçir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər