Çinin raket sınağı uğursuz olub
Tarix: 02-07-2024 09:08 | Bölmə: Dünya
Çinin raket sınağı uğursuz olub

Çinin Henan əyalətində keçirilən raket sınağı uğursuz başa çatıb. Atış sınağı zamanı raket idarəetmədən çıxıb, havada tərs çevrilib və yaşayış məntəqəsinin yaxınlığında yerə çırpılıb.

Reyting.az
xəbər verir ki, sınaq zamanı raket normal şəkildə atıldıqdan sonra nasazlıq səbəbindən buraxılış meydançasını tərk edib.

Özəl şirkət tərəfindən kosmosa atılan raketin səmaya qalxaraq alovlanmağa başladığı, daha sonra gücünü itirərək tərs çevrildiyi görünür. Daha sonra “Tienlong-3” adlı raket qatı qara tüstü yayaraq yerə çırpılır. Böyük partlayışdan sonra raket alovlanmağa başlasa da, söndürülüb.

Səlahiyyətlilər qəzada can itkisinin olmadığını açıqlayıb. Raketin yaşayış məntəqəsi yaxınlığında idarəetmədən çıxması narahatlıq yaradıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər