Şimali Koreya Ukrayna ərazisinə qoşun göndərib?
Tarix: 02-07-2024 11:46 | Bölmə: Dünya
Şimali Koreya Ukrayna ərazisinə qoşun göndərib?

ABŞ hələlik Şimali Koreyadan Rusiyaya və ya Ukraynanın işğal olunmuş ərazilərinə mühəndis qoşunlarının göndərilməsinə dair heç bir əlamət görmür.

Reyting.az
xəbər verir ki, bunu Pentaqonun spikeri Sabrina Sinq deyib.

Onun sözlərinə görə, ABŞ vəziyyəti diqqətlə izləyir.

“Biz, şübhəsiz ki, Şimali Koreyanın Rusiyanın Ukraynadakı səylərini dəstəklədiyini, ona müxtəlif hərbi dəstək verdiyini bilirik, lakin indi Rusiyaya göndərilən konkret qoşunlar barədə heç bir məlumatım yoxdur”, - Sinq əlavə edib.

Xatırladaq ki, bir qədər əvvəl məlum olub ki, Şimali Koreya Donetsk vilayətinin işğal olunmuş ərazilərinə tikinti və mühəndis qoşunları göndərəcək.

Cənubi Koreyanın “TV Chosun” telekanalı bildirib ki, KXDR iyulda Donbasa irimiqyaslı mühəndis qüvvələri göndərməyə hazırlaşır. Bu zaman jurnalistlər Cənubi Koreya rəsmisinə istinad ediblər.

İddialara görə, KXDR ordusunun qüvvələri işğal edilən Donetskdə infrastrukturun bərpasına kömək edəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər