Dini ritual zamanı faciə baş verib, 116 nəfər ölüb
Tarix: 03-07-2024 08:41 | Bölmə: Dünya
Dini ritual zamanı faciə baş verib, 116 nəfər ölüb

Hindistanın Uttar Pradeş əyalətinin Hathras bölgəsində hinduların ritualı zamanı izdiham yaşanıb. Nəticədə, aralarında uşaqlar da olmaqla 116 nəfər həyatını itirib.

Reyting.az
xəbər verir ki, hadisə zamanı yaralananlar ətraf xəstəxanalara aparılıblar.

İzdihamın hansı səbəbdən baş verdiyi məlum olmasa da, Hindistanda kiçik ərazilərdə keçirilən izdihamlı mərasimlər zamanı təhlükəsizlik tədbirlərinə əməl olunmaması səbəbindən vaxtaşırı oxşar faciələr yaşanır.

2008-ci ildə Codhpur şəhərində məbəddə izdiham nəticəsində 224 nəfər ölüb, 400-dən çox insan yaralanıb. 2013-cü ildə Madhya Pradeşdə məbədin yaxınlığındakı körpüdəki basabasda 115 din xadimi həlak olub.

2016-cı ildə hinduların Yeni ilini qeyd etmək üçün məbəddə qadağan olunmuş atəşfəşanlıq nümayişi zamanı baş vermiş böyük partlayışda 112 nəfər həlak olmuşdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər