ABŞ İranın dəstəklədiyi husilərə zərbələr endirib
Tarix: 03-07-2024 09:14 | Bölmə: Dünya
ABŞ İranın dəstəklədiyi husilərə zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin husilərin nəzarətində olan bölgəsində İranın dəstəklədiyi husilərin obyektlərinə zərbələr endirib.

Reyting.az
xəbər verir ki, CENTCOM əməliyyatla bağlı açıqlama ilə çıxış edib.

“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı Yəmənin husilərin nəzarətində olan bölgəsində İranın dəstəklədiyi husilərə məxsus radar obyektini müvəffəqiyyətlə məhv edib”, -CENTCOM bildirib.

Radar sahəsinin bölgədəki ABŞ, koalisiya qüvvələri və ticarət gəmiləri üçün qaçılmaz təhlükə olduğu qeyd edilir: “Zərbələr naviqasiya azadlığının qorunması və beynəlxalq suların daha təhlükəsiz olması üçün endirilib”.

Husilərin sözçüsü Yəhya Seri bu gün verdiyi açıqlamada İsrail, ABŞ, İngiltərə və işğal altındakı Fələstin limanlarına giriş qadağasını (Husilərin elan etdiyi qadağa) pozan 4 gəmini ballistik zərbələrlə vurduqlarını açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər