Yelena Zelenskaya 4,5 milyon avroya avtomobil alıb?
Tarix: 03-07-2024 10:25 | Bölmə: Dünya
Yelena Zelenskaya 4,5 milyon avroya avtomobil alıb?

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya bu yaxınlarda 4,5 milyon avro (təxminən 190 milyon qrivna) dəyərində “Bugatti Tourbillon” avtomobili alıb.

Reyting.az
xəbər verir ki, bunu Rusiya mətbuatı yazıb.

Lakin bu məlumat Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi və bir çox uyğunsuzluqları müşahidə edən şəbəkə istifadəçiləri tərəfindən təkzib edilib. Bəlli olub ki, məlumatı “Verite Cachee” adlı xəbər saytı yayıb. İddiaya görə, alış-veriş Fransadakı qapalı toplantılardan birində olub.

Sayt, Zelenskaya ilə bağlı xəbərlərə hadisənin şahidi olduğu iddia edilən şəxsi də əlavə edib. Xüsusilə, “Bugatti” mağazasının uydurma əməkdaşı Jak Bertin İnstaqramda mövcud olmayan qapalı təqdimatdan və ukraynalı qadınla görüşdən danışıb. Diqqətli istifadəçilər həmin şəxsin fransızca zəif danışdığını görüblər və bəziləri bu videonun süni intellekt sayəsində yaradıldığını bildiriblər.

Y. Zelenskaya məlumatların yayılmasına hələlik münasibət bildirməyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər