Venesuela vədinə sadiqdir
Tarix: 04-07-2024 07:25 | Bölmə: Dünya
Venesuela vədinə sadiqdir

Karakas Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq üçün işləməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bu barədə dünən “X” panelində ABŞ-la danışıqlarda Venesuela hökumətinin maraqlarını təmsil edən Respublika Milli Assambleyasının (Parlament) sədri Xorxe Rodriges bildirib. O, Venesuela və ABŞ hökumətlərinin iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq, qarşılıqlı hörmət və konstruktiv şəkildə danışıqlar aparmaq üçün birgə işləməyə sadiq olduğunu deyib.

Spikerin sözlərinə görə, virtual olaraq keçirilən ilk görüşün yekunlarına əsasən, ABŞ nümayəndə heyəti ilə artıq iki razılaşma əldə olunub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər